Hazırda Ukrayna ordusu müdafiəyə keçib. Eyni zamanda, Rusiya hərbçiləri Ukrayna qüvvələrini bütün cəbhə boyu yayırlar.
AzerTimes xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin keçmiş müavini Anna Malyar deyib.
“Onların vəzifəsi bizi tamamilə yormaq və növbəti əməliyyatlara hazırlaşmaqdır. Biz bu haqda bilməliyik, hərbçilər də bu barədə təbii ki, bilirlər və buna hazırlaşmaq lazımdır. Biz indi təkcə müdafiə mövqeyində deyilik, həm də başa düşməliyik ki, qüvvələrimizi bütün cəbhə xətti boyunca qəsdən parçalayırlar. Rusiyanın Ukraynanı tükəndirmək meyli təsadüfi deyil”, – Malyar bildirib.