Ukrayna ordusu Luqanskda daha 6 məntəqəni geri aldı

Ukrayna ordusu Luqanskda daha 6 məntəqəni geri aldı

Ukrayna hərbçiləri Luqansk vilayətində 6 yaşayış məntəqəsini ruslardan azad edib.

AzerTimes xəbər verir ki, bu barədə Luqansk vilayət hərbi administrasiyasının sədri Sergey Qayday məlumat verib.

“Ukrayna qoşunları Luqansk vilayətində 6 yaşayış məntəqəsini azad edib. Rusiyanın 2014-cü ildə zəbt etdiyi ərazilərdən olan insanlar Ukrayna Silahlı Qüvvələrini gözləyirlər”, – Qayday bildirib.

Qaydai hazırda işğal altında olan Luqansk vilayətinin sakinlərinə cəbhə xəttindən uzaqlaşmağı və ya sığınacaqlara yaxın olmağı tövsiyə edib.

Teqlər: