Rusiya hərbçilərinin Kurskdakı tapşırığına müdaxilə etmək üçün Ukrayna ordusu Kursk vilayətində körpülərə zərbələr endirir.
AzerTimes xəbər verir ki, bunu rusiyalı deputat Andrey Krasov deyib.
“Rusiya Ukraynanın demilitarizasiya və denasifikasiyasını həyata keçirmək üçün bütün lazımi qüvvələrə və vasitələrə malikdir. Ukrayna Silahlı Qüvvələrinin indi etdikləri hərbi təcavüz aktıdır. Ordumuzun üzərinə ölkəni işğal etmiş qrupu məhv etmək vəzifəsi var. Ukrayna körpüləri sıradan çıxarmaqla bu hərəkətlərin qarşısını almağa çalışır”, – Krasov bildirib.