Biz Kursk vilayətində irəliləyirik. Günün əvvəlindən müxtəlif hissələrdə 1 kilometrdən 2 kilometrə qədər irəli getmişik. Eyni dövrdə daha 100-dən çox rus hərbçisi əsir götürülüb.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Onun sözlərinə görə Suca rəsmi olaraq Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır:
“Sırski ərazidə (Sucada – red.) düşmənin axtarışı və məhv edilməsinin sona çatdığı barədə məlumat verdi. Yeni yardım paketlərindən Donetsk vilayətindəki mövqelər gücləndiriləcək”.