Ukrayna ordusu Kurskda daha 2 km irəlilədi

Ukrayna ordusu Kurskda daha 2 km irəlilədi

Sutka boyunca Ukrayna ordusu Kursk vilayətinin ərazisində daha 2 kilometr irəliləyib.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Ordusunun Baş komandanı Aleksandr Sırski deyib.

O bildirib ki, bununla da ordu bölgədə 5 kvadrat kilometrlik ərazini nəzarətə götürüb.

Sırskinin sözlərinə görə, hazırda Rusiya tərəfinin Pokrovka istiqamətindəki müdafiə xəttini yarmağa yönələn cəhdləri uğursuzluqla nəticələnir.

Teqlər: