Krım rus işğalçılarından azad edilərkən baş verənlər digər işğal olunmuş ərazilərdə baş verənlər kimi olacaq: rusiyayönlü kontingent dərhal oranı tərk edəcək.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.
“Radikal rusiyapərəst əhalinin əksəriyyəti hər hansı bir formatda Krıma bölmələrin ilk daxil olması ilə bərə keçidi ilə Rusiyanın materik hissəsinə çıxacaq. Heç kim qalmayacaq”, – Budanov bildirib.