Bu gün Kursk vilayətinin Bolşesoldatski rayonunun hakimiyyət orqanları sakinlərin təxliyəsinə başlandığını elan edib.
AzerTimes xəbər verir ki, bununla bağlı Ukrayna mətbuatı məlumat yayıb.
Qeyd olunur ki, bu rayon Ukrayna ilə həmsərhəd deyil. Ümumilikdə isə avqustun 13-nə 7 ərazidə təxliyə elan edilib. Onlardan altısı (Qluşkovsk, Rılsk, Korenevsk, Xomutovsk, Belovsk və Bolşesoldatsk) Kursk vilayətində, biri (Krasnoyaruzsk) Belqorod vilayətində yerləşir.
Bəzi Teleqram kanallarının məlumatlarına görə isə əsas döyüşlər Korenevo qəsəbəsi və Martınovka kəndi ərazisində gedir.
Ukrayna Silahlı Qüvvələri Rılsk, Lqov və Kurçatov istiqamətində irəliləməyə davam edir.