Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası yanvarın 3-də Rusiya ordusunun şəxsi heyətinin, silah-sursatının və hərbi texnikasının cəmləşdiyi ərazilərə dörd güclü zərbə endirib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Baş Qərargahın ötən gün axşam saatlarında yaydığı məlumata görə, raket və artilleriya bölmələri iki komanda məntəqəsini və onların hərbi texnikasının cəmləşdiyi dörd ərazini vurub.
Həmçinin qeyd edilir ki, yanvarın 3-də Rusiya qoşunları 8 hava zərbəsi endirib və raket sistemlərindən 18 dəfə atəş açıb.
“Düşmən tərəfindən kritik infrastruktura hava və raket zərbələri endirilməsi təhlükəsi bütün Ukrayna ərazisində qalır”, – Baş Qərargah xəbərdarlıq edib.