Ukrayna Silahlı Qüvvələri hər zaman hücuma keçmək imkanındadır.
AzerTimes xəbər verir ki, bunu ukraynalı deputat Roman Kostenko Ukrayna Müdafiə Qüvvələrinin hücuma keçmək imkanlarını dəyərləndirərkən bildirib.
“Kiçik qüvvələrlə hücuma keçə bilərsiniz, məsələn, hər bir istiqamətdən bir rota toplayırsınız, düşmənin zəif olduğu nöqtələrdə üstünlük qazanmaq üçün hücuma keçib, müdafiəsini yarırsınız”, – deputat deyib.
Onun fikrincə, əsas sual bunun məqsədəuyğun olub-olmamasıdır:
“Bu, “hücum naminə hücum” olmamalıdır”.