Baxmutun şimalında hər küçə uğrunda döyüş gedir.
AzerTimes xəbər verir ki, bunu “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin deyib.
Onun sözlərinə görə, Ukrayna ordusu geri çəkilmir və sona qədər döyüşür.
“Hər küçə, hər ev, hər pilləkən uğrunda şiddətli döyüşlər gedir. Medianın Ukrayna Silahlı Qüvvələrinin geri çəkilməsini istəməsi xoşdur, amma bu baş vermir”, – Priqojin bildirib.