Ukrayna ordusu Dnepr çayını keçdi

Ukrayna ordusu Dnepr çayını keçdi

Ukrayna qüvvələri Xerson vilayətində Dnepr çayının sol sahilinə keçib.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

İstitutun analitikləri rus hərbi jurnalistlərinin məlumatlarına istinad ediblər. Bildiriblər ki, Ukrayna ordusunun Xerson vilayətinin sol sahilində olması ilə bağlı ruslar xeyli sayda məlumatlar təqdim ediblər.

“Rus bloger tərəfindən aprelin 22-də yayılan geolokasiya kadrlarından görünür ki, Ukrayna hərbçiləri Xersondan 7 km cənub-şərqdə yerləşən Oleşekdə mövqelər tutub və E97 magistralındakı yaşayış məntəqəsindən şimala, eləcə də Xersonun 10 km cənubundakı Daçidən qərbə itəliləyiblər. Kadrlar həmçinin göstərir ki, rus qoşunları Antonovski körpüsü yaxınlığında Ukrayna hərbçilərinin mövqelərindən yarım kilometr şimalda yerləşən Konka və Çayka çaylarındakı adalara nəzarət edə bilmir”, -məlumatda qeyd olunub.

Teqlər: