Ukrayna ordusu çətin seçim qarşısındadır – Kirbi

Ukrayna ordusu çətin seçim qarşısındadır – Kirbi

Növbəti bir neçə ay Ukrayna üçün kritik olacaq.

AzerTimes xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi növbəti brifinqdə bildirib.

“Əgər qar yağdığı üçün döyüşlərin dayanacağını düşünürsünüzsə, bir daha düşünün”, – Kirbi deyib.

Onun sözlərinə görə, Ukrayna ordusu hansı silahlardan istifadə edəcəyi ilə bağlı çətin seçim qarşısındadır, çünki növbəti tədarükün nə vaxt olacağı onlara məlum deyil.

Teqlər: