Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı amerikalı rəsmilərə Ukrayna qüvvələrinin cəbhəni yarmağa yaxın olduğunu bildirib.
AzerTimes xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” jurnalı məlumat yayıb.
Bildirilir ki, artıq bir neçə həftədir ki, ölkələrin rəsmiləri Kiyevin əks-hücumunun strategiyası və taktikası ilə bağlı gərgin pərdəarxası məqamları müzakirə edir. Danışıqlar zamanı Amerika hərbçiləri ukraynalıları Rusiya müdafiəsini yarıb Azov dənizinə çatmaq üçün qüvvələrini cəmləşdirməyə çağırış edib.
Nəşr qeyd edir ki, adı açıqlanmayan məmurun sözlərinə görə, Valeri Zalujnı söhbətlərinin birində “Siz bu münaqişənin təbiətini başa düşmürsünüz. Bu, üsyançılara qarşı mübarizə deyil. Bu, Kurskdur” deyə cavab verib.