Qərb silahları kifayət qədər gəldikdən sonra Ukrayna ordusu tam əks-hücuma keçə biləcək. Vaxt baxımından bu, iyulun və ya avqustun ikinci yarısı olacaq.
AzerTimes xəbər verir ki, bu açıqlama ilə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç çıxış edib.
O qeyd edib ki, bu gün ukraynalı müdafiəçilər ölkənin cənubunda artıq ayrı-ayrılıqda əks-hücumlar həyata keçirirlər, lakin Ukrayna lazım olan hər şeyi alanda hücum daha da intensivləşəcək:
“Bu baş verəndə ən azı 4-5 tamhüquqlu briqada formalaşacaq ki, onlar tam miqyasda hücuma keçə bilərlər”.