Ukraynanın cənubunda cəbhə xətti 12 kilometr irəli gedib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin general-mayoru Dmitri Marçenko danışıb.
O qeyd edib ki, cənubun işğal altında olan 500 kvadrat kilometrdən çox ərazisi azad edilib.
Marçenkonun sözlərinə görə, Cənub Əməliyyat Komandanlığı 13 yaşayış məntəqəsini azad edib.