Ukrayna hərbçiləri Donetsk vilayətinin Berdıçi, Semenovka və Novomixailovka yaşayış məntəqələrindən qərbə doğru geri çəkilib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Bbaş komandanı Aleksandr Sırski Teleqram kanalında yazıb.
“Bu, şəxsi heyətin həyatını xilas etmək üçün edilib”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Sırski cəbhədə vəziyyətin ağırlaşdığını söyləmişdi.