Ukrayna ordusu Tavriya istiqamətində 58 rus hərbçisini məhv edib.
AzerTimes xəbər verir ki, bu barədə Tavriya əməliyyat-strateji qoşun qruplaşmasının komandiri Aleksandr Tarnavski Teleqramda məlumat yayıb.
“Tavriyada Müdafiə Qoşunlarının raket və artilleriya bölmələri gün ərzində 1402 atəş tapşırığını yerinə yetirib. Düşmənin itkiləri 233 nəfər (ölü – 58, yaralı – 175) olub. Eyni zamanda, Ukrayna hərbçiləri düşmənin 17 hərbi texnikasını məhv edib”,- məlumatda qeyd edilib.