Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində 30-dan çox yaşayış məntəqəsini azad edib və nəzarətə götürüb.
AzerTimes xəbər verir ki, bunu ölkə Prezidenti Vladimir Zelenski deyib.
“Ordumuz, kəşfiyyatımız və Ukrayna Təhlükəsizlik Xidməti bir sıra əməliyyat bölgələrində aktiv əməliyyatları davam etdirir. Onlar uğurla davam edir”, – prezident bildirib.