Ukrayna ordusu 100-ə yaxın raket zərbəsi endirdi

Ukrayna ordusu 100-ə yaxın raket zərbəsi endirdi

Ukrayna ordusu ötən sutka ərzində Rusiyanın Belqorod vilayətinə 100-ə yaxın raket zərbəsi endirib.

AzerTimes xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov Teleqram hesabında yazıb.

Qubernator Ukrayna ordusunun endirdiyi zərbələr nəticəsində dağıntıların qeydə alındığını bildirsə də, xəsarət alanların olmadığını bildirib.

Qladkov həmçinin bildirib ki, hava hücumundan müdafiə qüvvələri şənbə günü səhər tezdən Belqorod şəhəri üzərində Ukraynanın hava hədəflərini vurub. Tələfat olmasa da, raket parçaları yaşayış binasının, mağazanın fasadına və qaz xəttinə ziyan vurub.

Teqlər: