Ukrayna “Ohanyan səddi”ni keçə biləcəkmi?

Ukrayna “Ohanyan səddi”ni keçə biləcəkmi?

Ukraynanın başladığı əks-hücum əməliyyatı hazırda ilkin mərhələdədir və müəyyən çətinliklərlə üzləşir.

Bu sözləri AzerTimes-a Ukraynanın əks-hücum əməliyyatı haqqında danışan Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynov deyib.

Siyasi şərhçi qarşıdakı həftələrdə vəziyyətin aydınlaşacağını, bölgəmizdə qüvvələr nisbətinin dəyişmə ehtimalının olduğunu vurğulayıb:

“Müqayisə üçün deyim ki, Rusiya orada Qarabağ müharibəsində qarşılaşdığımız Ohanyan səddindən daha böyük, yəni daha geniş və uzun sədlər, maneələr qurub. Bu sədlərin bəzi yerlərdə uzunluğu yüz kilometrlərlə uzanır və 30-40 km dərinlikdədir. Bunları yarmaq böyük zaman və güc tələb edir. Qarşıdakı bir neçə həftə çox önəmlidir. Əgər hər şey əməliyyat planı üzrə irəliləsə, Ukrayna müdafiə xəttini yarıb dərinliyə ensə, Rusiyanın həm döyüş meydanında, həm beynəlxalq arenada, həm də daxildə vəziyyəti pisləşəcək. Hadisələrin gedişatı Cənubi Qafqazda da güclər nisbətinin dəyişməsinə səbəb ola bilər. Nəticədə Rusiyanın bəzi məsələlərə göz yumması, bəzilərinin isə həllini tezləşdirməsi mümkündür. Dövlətimiz buna hazırlıqlı olmalıdır”.

Teqlər: