Ukrayna üç il ərzində Atom Elektrik Stansiyaları (AES) üçün nüvə yanacağı istehsalını quracaq.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu istehsal Rusiya yanacağını, o cümlədən Avropa bazarını əvəz edə biləcək. Ukrayna artıq VVER-1000 tipli yanacaq birləşmələri üçün komponentlərin istehsalına başlayıb. Sonradan VVER-440 reaktorları üçün birləşmələrin istehsalına başlamaq planlaşdırılır.
Nazirliyik qeyd edib ki, layihə “Energoatom” şirkəti tərəfindən ABŞ-ın “Vestinqhaus Elektrik” (Westinghouse Electric Co.) şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.