Ukrayna nüvə silahı yaratmağa çalışır? – Rəsmi

Ukrayna nüvə silahı yaratmağa çalışır? – Rəsmi

Ukrayna kütləvi qırğın silahları hazırlamaq planları ilə bağlı adı açıqlanmayan mənbələrdən gələn eyhamları rəsmən təkzib edib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixi deyib.

O qeyd edib ki, Ukrayna 1994-cü ildə qoşulduğu Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin sadiq iştirakçısı olub və olaraq qalır:

“Tarixdə beynəlxalq sülhə, təhlükəsizliyə və nüvə silahının yayılmamasına ən böyük töhfə verən Ukrayna bu gün terrorçu Rusiya dövlətinin nüvə şantajı ilə üz-üzədir. Moskva təkcə kütləvi qırğın silahları mövzusunda məsuliyyətsiz və təhlükəli ritorikaya əl atmır, həm də Zaporojye AES-in qanunsuz işğalını davam etdirərək, Ukraynadakı nüvə obyektlərinə qəbuledilməz təhdidlər yaradır”.

Teqlər: