Nəzəri cəhətdən Ukrayna öz nüvə potensialını bərpa edə və nüvə silahı yarada bilər. Ancaq bu kifayət qədər bahalı bir prosesdir və bir çox nüanslara malikdir.
AzerTimes xəbər verir ki, bunu hərbi ekspert, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Petr Çernik bildirib.
Onun sözlərinə görə, ilk növbədə nüvə potensialını bərpa etmək üçün plutoniumun zənginləşdirilməsi lazımdır.
Ekspert qeyd edib ki, bu, inanılmaz dərəcədə mürəkkəb prosedurdur.