Ukrayna nüvə silahı yarada bilər, amma bunun mənası yoxdur, nüvə silahı cəbhədəki vəziyyəti dəyişməyəcək.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak deyib.
“Əgər bu, müharibənin gedişatını kökündən dəyişməyə kömək etsəydi, Kiyev bütün hüquqi və reputasiya çətinliklərinə baxmayaraq, riskə gedəcəkdi. Hələlik bu variant yalnız nəzəriyyə olaraq qalır”, – deyə o bildirib.
Qeyd edək ki, “Tayms” nəşri Donald Trampın hərbi yardımdan imtina edəcəyi təqdirdə, Ukraynanın bir neçə ay ərzində elementar nüvə bombası yarada biləcəyini yazmışdı.