Ukrayna nümayəndə heyətinin rəhbəri Rusiya ilə danışıqların detallarını açıqlayıb

Rusiya İstanbulda Ukraynanın təklif etdiyi sülh müqaviləsi
layihəsini Krım məsələsi istisna olmaqla, şifahi olaraq qəbul
edib.

Trend “UNİAN”a
istinadla xəbər verir ki, bunu Ukraynanın danışıqlarda nümayəndə
heyətinin rəhbəri David Araxamia milli marafonun efirində
bildirib.

Eyni zamanda, Rusiya tərəfi sənədlərin layihələrinin iki ölkə
prezidenti arasında birbaşa məsləhətləşmələr aparmaq üçün kifayət
qədər işlənib hazırlandığını təsdiqləyib.

“Görüş böyük ehtimalla İstanbulda keçiriləcək. İndi qrupların
vəzifəsi sənədin özünün deyil, artıq işlənilmiş məsələlərin yekun
variantını və prezidentlərin mümkün görüşünü hazırlamaqdır.

Ukrayna üçün təhlükəsizlik təminatlarına gəlincə isə, potensial
qarantlarla aktiv məsləhətləşmələr aparılır. Rəsmi olaraq, üç NATO
ölkəsi artıq Ukraynanın təklif etdiyi formatda zəmanət verməyə
razılaşıb. Bunlar Türkiyə, Almaniya və İtaliyadır”, – D.Araxamiya
qeyd edib.

Teqlər: