İyunun 4-də Ukrayna Silahlı Qüvvələri genişmiqyaslı hücuma cəhd etdi. Tədricən, gün ərzində Ukrayna ordusu zərbə və hücum təzyiqlərini artırdı. Beş dəfə zərbə endirildi. Zərbələrin ümumi istiqaməti “dxr”in cənubunda Voqledar bölgəsinə, eyni zamanda, Mariupoldan Azov dənizinə qədər uzanırdı. Ukrayna ordusu Belqoroddan diqqəti yayındırmaq üçün istifadə edirdi. Ona görə də bu qədər saxtakarlıq və səs-küy qaldırıldı.
AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
“Rusiya Baş Qərargah rəisi Gerasimov əməliyyat qərargahına rəhbərlik edirdi və Kiyevin hücumu dəf edildi. Ukrayna ordusu yenidən qruplaşır. Bu gün, iyunun 5-də eyni yerdə, “dxr”in cənubunda hücum cəhdləri başladı. Ağır döyüşlər gedir. Zaporojye istiqamətində də hücum mümkündür”, – o bildirib.