Ukrayna niyə Tatarıstanı vurdu? – Foto

Ukrayna niyə Tatarıstanı vurdu? – Foto

Xəbər verdiyimiz kimi, Ukrayna kəşfiyyatı Tatarıstanın Elabuqa rayonunda zavoda PUA hücumu edib. Hücumda istifadə olunan PUA-nın xüsusiyyətləri məlum olub.

AzerTimes xəbər verir ki, bu barədə “Military Talk Live” Teleqram kanalı məlumat yayıb.

Məlumatda PUA-nın Ukraynanın “Ukrjet” şirkəti tərəfindən hazırlanmış “UJ-22 Airborne” olduğu bildirilir. PUA zərbə endirmək üçün nəzərdə tutulub və ən az 20 kq partlayıcı daşımaq gücünə sahibdir. Onun qanadlarının genişliyi 4,6 metrdir.

Sözügedən zavodda 2025-ci ilin yayına qədər altı min PUA-nın istehsalı planlaşdırılır. Zavod həmçinin “Şahid- 136”dronlarının dizaynının dəyişdirilməsi və yeni funksiyaların əlavə edilməsi üzərində işləyir.

Teqlər: