NATO üzvləri arasında Ukraynanın alyansa qəbul edilməsi məsələsində razılıq yoxdur.
AzerTimes xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq Kiyevdə ukraynalı hərbçilər qarşısında çıxışında deyib.
Stoltenberq hərbçilərdən birinin Ukraynanın NATO-ya daxil olmasına nəyin mane olması ilə bağlı sualına cavab verib:
“Siz məndən problemin nə olduğunu soruşdunuz. Problem ondadır ki, bir ölkəni təşkilata üzv olmağa dəvət ediriksə, 32 müttəfiqin əksəriyyətinin deyil, bütün müttəfiqlərin buna razı olması lazımdır. Və hazırda belə bir razılaşma əldə etməmişik, bu, reallıqdır, biz bunun üzərində işləyirik”.