Ukrayna ordusu gecə saatlarında Rusiyanın Rostov vilayətinin Azov şəhərində neft bazasına PUA hücumu edib. Nəticədə yanğın başlayıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Yanğın üç min iki yüz kvadrat metr sahəni əhatə edib.
Hazırda ərazidə xeyli sayda yanğınsöndürmə briqası və 200-dən çox mütəxəssis var.