Ayın əvvəlindən Ukrayna Silahlı Qüvvələri artıq 2 min kilometrə yaxın ərazini azad edib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində deyib.
“Əsgərlərimizin cəbhənin müxtəlif istiqamətlərində hərəkəti davam edir. Hazırda aktiv əməliyyatlar çərçivəsində sentyabrın əvvəlindən 2 min kilometrə yaxın ərazimiz azad edilib. Rusiya ordusu bu günlərdə əlindən gələni edir. Və onlar üçün qaçmaq pis seçim deyil. Ukraynada işğalçılara yer yoxdur və olmayacaq”, – Zelenski bildirib.