Ali Rada yaxın vaxtlarda Ukrayna Nazirlər Kabinetində kadr dəyişiklikləri məsələsinə baxacaq.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Ali Radasının spikeri Ruslan Stefançuk deyib.
“Əminəm ki, yaxın vaxtlarda Rada yenidən kadr məsələlərinə qayıdacaq. Hökumət peşəkarcasına işləməlidir, öz sahələrinə cavabdeh insanlar olmalıdır”, – Stefançuk bildirib.
Stefançukun sözlərinə görə, Radanın növbəti iclaslarından biri kadr məsələlərinə həsr olunacaq.