Ukrayna NATO-ya daxil olsun – Kissincer

Ukrayna NATO-ya daxil olsun – Kissincer

Ukraynanın NATO-ya daxil olmasını dəstəkləyirəm.

AzerTimes xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda çıxışında deyib. deyib.

“Müharibədən əvvəl mən Ukraynanın NATO-ya üzvlüyünün əleyhinə idim. Çünki müharibənin buna görə başlayacağından qorxurdum. İndi proses belə bir səviyyəyə çatdığından, neytral Ukrayna ideyası mənasızdır. Ukraynanın NATO-ya daxil olması sülh əldə edildikdən sonra məqsədəuyğun olardı”,- o bildirib.

Qeyd edək ki, bir müddət öncə Henri Kissincer özünün “Liderlik: dünya strategiyasının 6 dərsi” kitabında Ukraynadakı münaqişənin həllinin bu ölkənin neytral statusunun tanınmasından keçdiyini qeyd etmişdi.

Teqlər: