Ukrayna NATO-ya cəhd etməsin, bacarmayacaq – Şröder

Ukrayna NATO-ya cəhd etməsin, bacarmayacaq – Şröder

Ukrayna NATO-ya üzv olmağa çalışmamalıdır, xüsusən ona görə ki, Kiyev hələ alyansa daxil olmaq üçün şərtləri yerinə yetirə bilməyəcək.

AzerTimes xəbər verir ki, bunu Almaniyanın keçmiş kansleri Gerhard Şröder deyib.

Şröder ciddi problem kimi ölkədə ikidilliliyə qoyulan qadağanı göstərib: “Kiyev ölkədə ikidilliliyə qoyulan qadağanı aradan qaldırmalıdır”.

O, Ukraynanın təhlükəsizlik zəmanətlərinə ehtiyacı olduğunu və BMT TŞ ilə Almaniyanın bunu təmin etməli olduğunu vurğulayıb.

Bundan əlavə, o, qeyd edib ki, Rusiya üçün Krım sadəcə region deyil, onun tarixinin bir hissəsidir.

Teqlər: