Ukrayna Müdafiə Nazirliyi NATO-nun Dəstək və Satınalma Agentliyinə bənzər iki qurum yaradır.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Aleksey Reznikov məlumat verib.
Onun sözlərinə görə, qurumlardan biri olan Müdafiə Təchizatları Agentliyi silahla bağlı bütün istiqamətlərdə işlər görəcək. İkincisi isə döyüş sursatı, yanacaq, ərzaq, maddi-texniki təchizatla məşğul olacaq.