Ukrayna gələcəkdə NATO-ya 33-cü və ya 34-cü üzv kimi qoşulacaq.
AzerTimes xəbər verir ki, bunu NATO Baş katibi Mark Rutte deyib.
“Hazırda Ukrayna 33-cü üzv kimi görünür. Amma bəlkə də qarşılarına başqa biri çıxacaq. Lakin Ukrayna gələcəkdə NATO üzvü olacaq. Vaşinqtonda belə qərar verdik”, – Rutte bildirib.