Ukrayna NATO-nun iyulda Vaşinqtonda keçiriləcək növbəti sammitində ölkənin üzvlük məsələsi ilə bağlı qərar qəbul edilməsini gözləyir.
AzerTimes xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal deyib.
“Ordumuz NATO standartlarına uyğun fəaliyyət göstərir. Biz bütün lazımi islahatları apardıq və indi dəvətdən bir addım öndəyik”, – Şmıqal bildirib.