Ukrayna müttəfiqlərini təcili iclasa çağırdı

Ukrayna müttəfiqlərini təcili iclasa çağırdı

Ukrayna Baş naziri Denis Şmıqal 2024-cü il büdcəsi ilə bağlı fövqəladə yüksək qeyri-müəyyənlik elan edib. O, müttəfiqlərlə təcili görüş tələb edib.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Məlumata görə, Şmıqal Ukraynaya vəsaitin ayrılmasına nəzarət edən G7 ölkələrinin nümayəndələrinin koordinasiya qrupuna müvafiq məktub göndərib.

“Maliyyəyə gələn ay ehtiyac var və Ukraynanın təcili büdcə ehtiyaclarına yönəldilməlidir. Bu, hökumətin işini saxlamaq, müəllimlərə, dövlət qulluqçularına maaş vermək, habelə pensiya ödəmək deməkdir”, – məktubda qeyd olunub.

Şmıqal donorların təcili növbədənkənar görüş keçirməli olduqlarını bildirib.

Teqlər: