Ukraynadakı münaqişəyə yalnız Rusiya Prezidenti Vladimir Putin son qoya bilər.
AzerTimes xəbər verir ki, bunu İtaliyanın keçmiş baş naziri Mario Draqi deyib.
“Dünyanın sülh perspektivləri çətindir və son dövrlərdə çox dəyişib. Kreml indiyə qədər sülh istəmədiyini göstərdi. Mənim hökumətim həmişə sülhə can atıb və mümkün vasitəçiliyi təşviq etməyə çalışıb. Bu müharibəyə yalnız Prezident Putin son qoya bilər”, – Draqi qeyd edib.