Ukrayna münaqişəsinin nəticəsi yaxın aylarda həll oluna bilər.
AzerTimes xəbər verir ki, bunu AB-nin baş diplomatı Jozep Borrell deyib.
Onun sözlərinə görə, Brüssel Kiyevə kömək etməyə daha çox və tez başlamalıdır:
“Region Ukraynanın Rusiyaya müqavimətini davam etdirməsini istəyirsə, bu addım çox vacibdir. Silahlı münaqişənin nəticələri yaxın aylarda həll oluna bilər. Müqavimət göstərmək qalib gəlməkdir”.