Bütün dünyada Ukraynadakı münaqişəyə alışmaq tendensiyası var.
AzerTimes xəbər verir ki, bunu BMT-nin Qaçqınlar üzrə ali komissarı Filippo Qrandi bildirib.
“Bu il ilə keçən il arasındakı böyük fərq budur ki, Ukrayna münaqişəsi artıq bütün dünyada adi hala çevrilir. Ukraynalıların əzab-əziyyətinə alışma tendensiyası var”, – Qrandi söyləyib.
O qeyd edib ki, Ukraynaya humanitar yardımla bağlı müzakirələr siyasi mübahisələrə görə yubanıb.
Komissar ABŞ və Avropa Birliyini yardım paketlərini təsdiqləməyə çağırıb.