Ukrayna müharibəsinin kökü bu sammitlə başladı

Ukrayna müharibəsinin kökü bu sammitlə başladı

Ukraynadakı hazırkı böhran 2008-ci il NATO sammitindən qaynaqlanır.

AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin keçmiş müşaviri Devid Fillips deyib.

“Bugünkü böhranın köklərini NATO-nun 2008-ci ildə Buxarestdə keçirilən sammitində tapmaq olar. Orada Ukraynanın bir gün alyansa qoşulacağı bildirilirdi. Bu bəyanat Moskvada təşviş yaradıb. Və ABŞ Ukraynanın Avromaydanını dəstəklədikdə vəziyyət daha da gərginləşdi”, – o bildirib.

Siyasətçi hesab edir ki, ABŞ-ın Rusiyanı sakitləşdirmək imkanı var idi, lakin hansısa tədbir görülsə də, gec addım atılıb.

Fillips Kiyevə silah tədarükünün sürətini də tənqid edib. O qeyd edib ki, Ukrayna əvvəlcə yalnız sarğı və gülləkeçirməz jiletlərlə, sonra isə köhnə sovet texnikası ilə təmin olunub. Onun sözlərinə görə, yaxın gələcəkdə Vaşinqtonun indiki həcmdə Kiyevə dəstəyini dayandıracağı ilə bağlı qorxular var.

Teqlər: