Məncə, Ukraynadakı münaqişə yaxın bir-iki ildə öz həllini tapacaq.
AzerTimes xəbər verir ki, bunu ABŞ-ın ordu katibi Kristin Vormut bildirib.
Nazir vurğulayıb ki, döyüşlər gözləniləndən daha uzun sürüb:
“Mövcud hərbi imkanlardan (Rusiyanın – red.) narahat olmasaydıq, ehtiyatsız olardıq”.
Amerika rəsmisi bildirib ki, Vaşinqtonun fikrincə, Moskva öz hava və dəniz qüvvələrinin, eləcə də kiber mühitdəki imkanlarının əhəmiyyətli hissəsindən hələ də istifadə etməyib.