Ukrayna hətta müharibə bitmədən də Avropa Birliyinə daxil ola bilər.
AzerTimes xəbər verir ki, bunu Ukraynanın baş nazirin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini Olqa Stefanişina deyib.
“Zamanla bağlı heç bir proqnoz verməyəcəyəm, amma üzvlük məsələsinə gəldikdə, müharibənin dinamikası həlledici amil olmayacaq. Müharibə başa çatmasa belə, biz AB-yə daxil ola bilərik”,- bildirib.
O, xatırladıb ki, Ukrayna və AB əvvəllər ticarət sazişi bağlayıblar:
“Xatırladıram ki, biz Assosiasiya sazişini Krımın ilhaq edildiyi, Donetsk və Luqansk vilayətlərində müharibə başlayanda imzalamışdıq”.