Ukrayna müdafiəsi bu ərazidə çox güclüdür – Hesabat

Ukrayna müdafiəsi bu ərazidə çox güclüdür – Hesabat

Rus qoşunları hələ də Severodonetsk və Lisiçanskı ələ keçirə bilər, lakin Ukrayna müdafiəsi bu əsas ərazidə güclüdür.

AzerTimes xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.

Bildirilib ki, Ukrayna qoşunları Luqansk vilayətində rusların onları mühasirəyə almaq cəhdlərinin qarşısını uğurla alırlar, hətta Severodonetskdə uğurlu əks-hücum da həyata keçirirlər:

“Rusiya qüvvələri hələ də Severodonetsk və Lisiçanskı ələ keçirə bilərlər, amma Ukrayna qüvvələrinin daha çox tükənməsinə baxmayaraq, müdafiə bu əsas əməliyyat meydanında güclü olaraq qalır. Rus ordusu bütün mövcud resurslarını bu istiqamətdə cəmləşdirib və elə ciddi nailiyyətlər əldə edə bilmir. Ukrayna ordusu isə əksinə effektiv əks-hücumlara başlamaq üçün çevik və inamlıdır”.

Teqlər: