Ukraynalı hərbçilər cənubda Rusiya müdafiəsini tədricən keçərək cəbhə xəttini yarırlar. Eyni zamanda işğalçılar Zaporojye istiqamətində Rabotino bölgəsində əks-hücuma keçməyə çalışırlar.
AzerTimes xəbər verir ki, bunu Azadlıq Legionunun hərbçisi Konstantin Denisov deyib.
“Rabotino bölgəsində yüksək intensivli döyüşlər davam edir. Hər iki tərəfdən artilleriya işləyir. Düşmən təyyarələri səmaya qaldırır. Bu istiqamətdə taktiki uğurlarımız var, lakin bu, çox baha başa gəlir”, – o bildirib.
O qeyd edib ki, Rusiya hərbçiləri Ukrayna texnikasını aviasiya və “Lancet” zərbə PUA-ları ilə vurur. Bundan əlavə, ruslar ukraynalı piyadalara qarşı FPV dronlarından istifadə edirlər:
“Yüksək keyfiyyətli kəşfiyyat nəticəsində Ukrayna Silahlı Qüvvələri tədricən düşmənin müdafiəsini yarır. İşğalçılar bizim oğlanları atəş altına salmağa çalışırlar. Yəni ruslar geri çəkilir, sonra onları cinahlardan artilleriya ilə vurmağa cəhd edir. Lakin hərbçilər buna imkan vermir”.