Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası (MTMŞ) hərbi
vəziyyət dövründə bir sıra siyasi partiyaların hər hansı
fəaliyyətini dayandırıb.
AzerTimes-ın “UNİAN”a istinadən verdiyi məlumata görə, bunu Ukrayna
Prezidenti Volodimir Zelenski növbəti videomüraciətində deyib.
“MTMŞ hərbi vəziyyət dövründə bir sıra siyasi partiyaların hər
hansı fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib. Söhbət “Müxalif Platforma – Həyat Naminə”, “Şariya Partiyası”, “Bizimkilər”, “Müxalifət bloku”, “Sol müxalifət”, “Sol qüvvələrin
ittifaqı”, “Derjava”, “Ukrayna Mütərəqqi Sosialist Partiyası”, “Ukrayna Sosialist Partiyası”, “Sosialistlər”, “Vladimir Saldo
Bloku” partiyalarından gedir”, – deyə V.Zelenski bildirib.
Ədliyyə Nazirliyinə bu siyasi qüvvələrin fəaliyyətinin dərhal
dayandırılması üçün tədbirlər görmək tapşırılıb.