Ukrayna Müdafiə Nazirliyinin baş idarələrindən birinin rəhbəri artilleriya mərmilərinin alışı zamanı 1,5 milyard qrivnanın (təxminən 40 milyon dollar) mənimsənilməsində təqsirli bilinərək saxlanılıb.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin və Ukrayna Baş Prokurorluğunun birgə məlumatında deyilir.
Belə ki, adı açıqlanmayan məmur ötən ilin dekabrında mərmilərin alınması üçün xüsusi ixracatçı ilə müqavilə bağlayıb və lazımi vəsaiti şirkətə köçürüb.
Bununla belə, o zaman Ukrayna Müdafiə Nazirliyinin Müdafiə Təchizatları Agentliyi daha sərfəli müqavilə bağlayıb ki, bu da mərmilərin maya dəyərinin əhəmiyyətli dərəcədə azalması ilə birbaşa istehsalçıdan alınmasını nəzərdə tuturdu.
Təqsirləndirilən şəxs mövcud vəziyyətə baxmayaraq, 30% baha başa gələn ilkin razılaşmanın müddətini uzadıb.
Hazırda mənimsənilən pulların Ukrayna büdcəsinə qaytarılması istiqamətində iş aparılır. Cinayətkarı 15 ilə qədər həbs gözləyir.