Ukrayna Milli Bankı uçot dərəcəsinin ölçüsü ilə bağlı qərarın
qəbulunu təxirə salaraq, onu dəyişməz – 10% səviyyəsində
saxlayıb,
AzerTimes UNİAN-a
istinadən xəbər verir ki, bu barədə Milli Bankın rəsmi saytında
məlumat verilib.
“Milli Bank inflyasiyanın hədəflənməsi rejiminə sadiq qalır.
Eyni zamanda, inzibati məhdudiyyətlərin məcburi tətbiqi ilə
əlaqədar olaraq, bazarın monetar alətləri, xüsusilə uçot dərəcəsi
pul və xarici valyutanın fəaliyyətində ciddi rol oynamır. Bunu
nəzərə alaraq, uçot dərəcəsi dəyişməyərək 10% səviyyəsində
qalacaq”, – deyə məlumatda bildirilir.