Ukrayna Müdafiə Nazirliyi Krım körpüsündəki partlayışı şərh edib.
AzerTimes xəbər verir ki, bu barədə nazirliyin saytında məlumat yayılıb.
“Qeyd edilirdi ki, Qara dənizdə 13 apreldə batırılan “Moskva” kreyseri və bu gün partladılan Krım körpüsü Rusiya hakimiyyətinin simvoludur.
Rusiya hakimiyyətinin iki simvolu yox oldu. Növbədə nədir, ruslar”, – MN qeyd edib.