Ukrayna mediası Bakı Forumundan yazır

Ukrayna mediası Bakı Forumundan yazır

Ukrayna KİV-lərində “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu ilə bağlı məqalələr dərc olunub.

AzerTimes xəbər verir ki, “İnterfaks-Ukrayna”, “UNN”, “Dialoq” və digər nəşrlərdə yayılan məqalələrdə Azərbaycan Prezidenti İlham Əliyevin Forumun rəsmi açılışındakı çıxışı və rəsmi görüşlərində söylədiyi fikirlər oxuculara çatdırılıb.

Yazılarda dövlətimizin başçısının fikirlərinə istinadla Azərbaycanın Avropaya yaşıl enerjisinin ixracına başlayacağı, ölkəmizin enerji təchizatı baxımından Avropa İttifaqı üçün daha vacib tərəfdaşa çevrildiyi vurğulanıb.

Bundan başqa, Azərbaycan Prezidentinin Ermənistanla bağlı söylədiyi fikirlər diqqətə çatdırılıb. Vurğulanıb ki, Ermənistan müstəqil ölkə olmaq şansını itirib, tamamilə digər ölkələrin müstəmləkəsinə çevrilib.

Teqlər: